“Könüllü qəhrəmanların Bilik gününə həsr olunmuş görüşü” baş tutub

Sentyabr 15,2020 12:13

Azərbaycan könüllüləri, AKTİ Katibliyi və İttifaqa üzv təşkilatların nümayəndələrinin iştirakı ilə video-konfrans formatında “Könüllü qəhrəmanların Bilik gününə həsr olunmuş görüşü” baş tutub.


Səmimi görüş zamanı könüllülərlə müzakirələr aparılıb, növbəti planlarla bağlı ideya və təklifləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb, daha sonra yeni tədris ilində gənclərə uğurlar arzulanıb.


Yekunda avqust ayı ərzində Azərbaycan Könüllü Təşkilaları İttifaqının fəaliyyəti çərçivəsində həyata keçirilən tədbirlərdə fəallığı ilə seçilən gənclər "Ayın könüllüsü" nominasiyası ilə təltif olunubla


Unutmayaq ki, #bizbirlikdəgüclüyük!