Gənclər günündə könüllülər bir oldu

Fevral 02,2021 11:21

Könüllü DOST-lar 2 fevralda gəncləri birləşdirdi

DOST Agentliyinin "Könüllü DOST" proqramının təşəbbüsü ilə Respublikada fəaliyyət göstərən könüllü təşkilatları birgə tədbir keçiriblər. Müxtəlif könüllü təşkilatlarını təmsil edən gənclər 1 saylı Bakı DOST Mərkəzində vətəndaşlara xidmət göstəriblər. Tədbirdə Bakı Şəhər Halqası Könüllüləri, "Turizm Könüllüləri" İctimai Birliyi, "Gənc Könüllülər" Hərəkatı, "Regional İnkişaf" İctimai Birliyi Könüllüləri, "Nəqliyyat Könüllüləri" Proqramı, "Diplomatiya Könüllüləri" Qrupu, "Aqrar İnkişaf Könüllüləri" İctimai Birliyi, "ASAN Könüllüləri" Gənclər Təşkilatı, "Miqrasiya Könüllüsü" İctimai Birliyi, "Bir Könüllü" Tələbələrin Əməkdaşlığı İctimai Birliyi, "Ekokönüllüləri" Qrupu və "Könüllü gömrükçü" Dəstəsi iştirak ediblər.

Tədbirin sonunda iştirakçılar təşəkkürnamələr ilə təltif olunublar.