“Yaşlı şəxslərin yeni texnologiyalardan istifadəsinə dəstək” komponentinin icrasına başlanılıb

Fevral 17,2021 12:19

BMT-nin Əhali Fondu və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Bütün yaşlar üçün cəmiyyətin qurulması: fəal yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahının təşviq edilməsi” birgə layihəsi çərçivəsində “Yaşlı şəxslərin yeni texnologiyalardan istifadəsinə dəstək” komponentinin DOST Agentliyi tərəfindən icrasına başlanılmışdır.

Azərbaycan könüllüləri sırasından seçilmiş təlim koordinatorları tərəfindən pensiyaçılara evlərdə və “DOST” mərkəzlərində təlimlər keçirilmişdir. Təlimlərin ilk günündə 76 nəfər yaşlı şəxsə “İnformasiya Texnologiyalarının əsasları”, “İnternet və sosial şəbəkələrdən istifadə” və “Elektron ödənişlərdən istifadə” mövzularında məlumat verilmişdir.