HAQQIMIZDA

Azərbaycan Könüllü Təşkilatları İttifaqı

Azərbaycan Könüllü Təşkilatları İttifaqı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çağırışına cavab olaraq koronavirus (COVID-19) infeksiyasının ölkəmizdə yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə dövlət tərəfindən atılan bütün addımlara töhfə vermək məqsədilə yaradılmış və bu müddət ərzində öz effektliyini sübut etmiş Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin keyfiyyətcə yeni mərhələyə adlaması zərurətilə təsis edilmişdir.


İttifaqın əsas missiyası Azərbaycanda könüllülük hərəkatının inkişafı üçün münbit şəraitin yaradılmasına dəstək vermək, milli-mənəvi dəyərlərimizə və ənənələrimizə yaxın olan könüllülüyün Azərbaycanda gündəlik həyat normasına çevrilməsinə nail olmaqdır. İttifaqın əsas məqsədlərinə ölkəmizdə könüllü fəaliyyətinin təşkilatçılarının əlaqələndirilməsi və ictimai faydalı fəaliyyətlərin təşkili üçün səylərinin birləşdirilməsi, könüllülük sahəsində sektorlararası əməkdaşlığın möhkəmləndirilməsi, könüllü təşkilatlarına təşkilati, hüquqi, məsləhət, məlumat və s. dəstəyin göstərilməsi, İttifaqın iştirakçılarının mənafelərinin dövlət qurumları qarşısında təmsil və müdafiə edilməsi, könüllü təşkilatları və dövlət qurumları arasında körpü rolunun oynanılması, könüllülüyün təşviqi və təbliği, könüllülük sahəsində beynəlxalq (ikitərəfli və çoxtərəfli) əməkdaşlığın qurulması, beynəlxalq təcrübənin öyrənilməsi və Azərbaycanın təcrübəsinin dünyada təşviqi məsələləri aid edilir.


Azərbaycan Könüllü Təşkilatları İttifaqının üzvləri “ASAN Könüllüləri” Təşkilatı, “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi, “Könüllü DOST” Proqramı, “Aqrar İnkişaf Könüllüləri” İctimai Birliyi, “Nəqliyyat Könüllüləri” Proqramı, “Formula 1 Azərbaycan Qran-Prisi” Könüllülük Proqramı, “Miqrasiya Könüllüsü” İctimai Birliyi, “Könüllü gömrükçü” Dəstəsi, “Turizm Könüllüləri” Təşkilatı, “Ekokönüllüləri” Qrupu, “AFFA və Avro-2020” Könüllülər Proqramı, "Diplomatiya Könüllüləri" Qrupu, “Gənc Könüllülər” Hərəkatı, "Azərbaycan Diaspor Könüllüləri" Proqramı, "SƏLİS Könüllüləri" İctimai Birliyi, "Ədliyyə Könüllüləri" İctimai Birliyi, "Könüllü Qida Nəzarətçisi" Proqramıdır.

BİZ NƏ EDİRİK?

Azərbaycan Könüllü Təşkilatları İttifaqının əsas funksiyaları

Könüllü təşkilatları arasında əlaqələndirmə

Ölkə üzrə vahid könüllü bazası

Promo məhsulların və kontentin hazırlanması

Dövlət qurumları və könüllü təşkilatları arasında körpünün qurulması

Könüllülərin zəruri ləvazimatlarla təminatına dəstək verilməsi

Beynəlxalq əməkdaşlıqların qurulması

11-dən çox lahiyə

Bütün ölkə üzrə

83 region üzrə

könüllülər

1398 könüllü

Bütün sahələr üzrə

119 dövlət orqanı

Bütün ölkə üzrə

BİZƏ QOŞULMAQ İSTƏYƏRSİNİZ?

Könüllülük - xeyirxahlıq, mərhəmət, insansevərlik, vətənpərvərlik kimi ən ali dəyərlər üzərində qurulan bir fəaliyyətdir. Bizim əsas hədəfimiz bu dəyərləri qorumaq və ölkəmizdə könüllülük hərəkatının inkişafını təmin etməkdir. Bu yolda bizimlə bərabər irəliləmək və böyük ailəmizin bir üzvü olmaq istəyirsənsə elə indi bizə qoşul!