62-dən çox lahiyə

Bütün ölkə üzrə

56 region üzrə

könüllülər

3386 könüllü

Bütün sahələr üzrə

13 dövlət orqanı

Bütün ölkə üzrə

Azərbaycan Könüllü Təşkilatları İttifaqı

İttifaqın əsas missiyası Azərbaycanda könüllülük hərəkatının inkişafı üçün münbit şəraitin yaradılmasına dəstək vermək, milli-mənəvi dəyərlərimizə və ənənələrimizə yaxın olan könüllülüyün Azərbaycanda gündəlik həyat normasına çevrilməsinə nail olmaqdır.

Sual - cavab

AKTİ-nin fəaliyyətinə könüllü kimi necə qoşula bilərəm?
AKTİ-nin fəaliyyətinə üzv təşkilatlar vasitəsilə qoşula, eyni zamanda Könüllü ol! bölməsinə daxil olaraq müraciət göndərə bilərsiniz.
Könüllü olmaq üçün hansı tələblər var?
Aşağıdakı keyfiyyətlərə malik olan 16-29 yaş arası hər bir Azərbaycan vətəndaşı könüllü fəaliyyətə qoşula bilər. Məsuliyyətli, ünsiyyətcil, təşəbbüskar, yardımsevər, enerjili, həvəsli, yeniliklərə açıq, gülərüz, komandada işləmək bacarığı olmalıdır.
AKTİ-nin fəaliyyətində iştirak edərək nə qazanacağam?
Xeyirxah fəaliyyətlərdə iştirak edərək yüksək mənəvi dəyərlərə sahib olacaqsınız. Həyata keçirilən müxtəlif tədbirlərin bir parçası olaraq cəmiyyətə faydalı olacaq, özünüzü daha sağlam və xoşbəxt hiss edəcəksiniz. Birgə gördüyünüz işlər sayəsində komanda yoldaşlarınız və digər könüllülərlə möhkəm dostluqların təməlini qoyacaqsınız. Gələcək karyeranızda sizin üçün faydalı olacaq təcrübələr qazanacaqsınız. Ən kiçik tapşırıqları müvəffəqiyyətlə yerinə yetirərək özünəinam hissini formalaşdıracaqsınız. Ən əsası əylənərək öyrənəcəksiniz.
AKTİ-nin fəaliyyəti hansı rayon və şəhərləri əhatə edir?
Ölkənin bütün rayon və şəhərlərini əhatə edir.
Tələbələr qoşula bilərmi?
Bəli, AKTİ-nin fəaliyyətinə qoşulmaq üçün tələbələrə hər hansı məhdudiyyət qoyulmamışdır.
Könüllü olduğum zaman fəaliyyətim hansı istiqamətlər üzrə olacaq?
Seçiminizdən asılı olaraq onlayn kampaniyalar və ya fiziki fəaliyyət üzrə.
AKTİ-nin fəaliyyətinə digər təşkilatların da qoşulması mümkündürmü?
AKTİ-nin fəaliyyətinə qoşulmaq istəyən digər təşkilatlar info@konullu.az elektron poçt ünvanına yazaraq bildirə bilərlər.
AKTİ-də könüllü fəaliyyət göstərdiyim zaman necə sertifikat əldə edə bilərəm?
Könüllü fəaliyyət göstərdiyiniz zaman qoşulduğunuz aksiya, tədbir, layihə və s. üçün müvafiq sertifikatların verilməsi nəzərdə tutulmuşdursa, həmin sertifikatı "Şəxsi Kabineti"-inizə daxil olaraq əldə edə bilərsiniz.

GƏNCAPP YÜKLƏ, MƏLUMATLARDAN XƏBƏRDAR OL!

GəncApp sənin gələcəyini düşünən mobil tətbiqdir. Tətbiq vasitəsilə artıq sən bir neçə kliklə marağına uyğun tədbirlərə müraciət edərək ən yeni imkanlardan yararlana biləcksən.

Xəbərlər