"Könüllülər ili" üzrə hesabat konfransı

Dekabr 28,2020 13:53

Dəyərli könüllülər,

29 dekabr saat 15:00-da Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə "Könüllülər ili" üzrə hesabat konfransı keçiriləcək.

Konfrans zamanı rəsmilərin ölkəmizdə gənclərin gündəlik həyat normasına çevrilmiş könüllülük ilə bağlı fikirləri yer alacaq, həmçinin daha yaxşı dünya üçün yüksək mənəvi dəyərlər ətrafında birləşən könüllü qəhrəmanların "Könüllülər İli" ərzindəki fəaliyyətinə qısa nəzər salınacaq.

Konfransda iştirak etmək üçün aşağıdakı linkə keçid edərək qeydiyyatdan keçə bilərsiniz

http://bit.ly/3aKYPAz

Biz birlikdə güclüyük!

#AKTİ #AzərbaycanKönüllüləri #Hesabat #BizBirlikdəGüclüyük