Dəyərli könüllülər, Asudə vaxtınızın səmərəli və əyləncəli təşkil olunması məqsədilə keçirdiyimiz intellektual müsabiqələrimiz davam edir.
Bu dəfə "Bilik Günü"nə həsr olunmuş müsabiqə ilə qarşınızdayıq. "Nə? Harada? Nə zaman?" və "Xəmsə" formatı daxil olmaqla iki mərhələdən ibarət olacaq müsabiqədə qalib gələn komandalar hədiyyələrlə mükafatlandırılacaq.
15 sentyabr saat 14:00-da baş tutacaq müsabiqədə iştirak etmək üçün fəaliyyət göstərdiyiniz təşkilat üzrə koordinatorunuza müraciət edə bilərsiniz.
Güclü olan qazansın!
Mövcud yerlər: 60 nəfər
Könüllülərin asudə vaxtının səmərəli və əyləncəli təşkil olunması