Azərbaycan könüllüləri üçün “Motivasiya Dərsi” adlı onlayn silsilə görüşlər keçiriləcəkdir

İyul 17,2020 16:51

Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi tərəfindən “Motivasiya Dərsi” adlı onlayn silsilə görüşlər keçiriləcəkdir.

Könüllülərin koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində yorulmaz fəaliyyətlərini nəzərə alaraq təşkil olunan motivasiyaedici görüşlər gənclərin könüllülük fəaliyyətinin daha da səmərəli və hərtərəfli təşkili istiqamətində onlarda ruh yüksəkliyi yaratmaq məqsədi daşıyır.


Belə ki, 4 ay boyunca hər həftəsonu könüllülər onlayn formatda Mərkəzə üzv olan könüllü təşkilatlarının rəhbərləri ilə görüşəcəklər. Hər dəfə fərqli təşkilat rəhbəri uğurlu fəaliyyətin başlanğıcında və karyera inkişafında könüllülüyün rolu, könüllülüyün üstün cəhətləri, şəxsi inkişafımıza qatdığı müsbət keyfiyyətlər və s. mövzularında gənclərlə söhbət edəcək.


İlk görüş 19 iyul tarixində "ASAN Könüllülük" məktəbinin rəhbəri Cahangir Hacıyev ilə "Könüllülük vətənpərvərlikdən doğan hərəkatdır" mövzusunda baş tutacaq.


#AKƏM #AzərbaycanKönüllüləri #BizBirlikdəGüclüyük