Azərbaycan könüllülərinin "ASAN Könüllülük" Məktəbinin rəhbəri Cahangir Hacıyev ilə onlayn görüşü baş tutub

İyul 21,2020 17:11

Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi tərəfindən start verilən "Motivasiya dərsi" adlı onlayn silsilə görüşlər çərçivəsində ilk görüş "ASAN Könüllülük" Məktəbinin rəhbəri Cahangir Hacıyev ilə baş tutub.


19 iyul tarixində baş tutmuş görüş zamanı Cahangir Hacıyev ümumbəşəri dəyərlərin və yardımsevərliyin təzahürü olan könüllülük fəaliyyətinin Azərbaycanda inkişaf tarixindən bəhs edib. Könülüllüyün yeni inkişaf modeli kimi gənclər üçün yaratdığı böyük perspektivliklər, könüllülük hərəkatının həyat tərzimizə çevrilərək ölkəmizdə geniş vüsət alması barədə danışıb, gənclərlə geniş fikir mübadiləsi aparıb.


Eyni zamanda, görüşdə gənclərə müasir informasiya platformaları üzərindən təxribatçı düşmənin yaydığı həqiqəti əks etdirməyən məlumatların qarşısının alınmasında və onlara layiqli cavabın verilməsində birgə təbliğat aparmaq üçün çağırış edilib.


#AKƏM #BizBirlikdəGüclüyük #AzərbaycanKönüllüləri