“Motivasiya Dərsi” adlı onlayn silsilə görüşlər davam edir

Avqust 04,2020 16:34

"Motivasiya dərsi" adlı onlayn görüşlər çərçivəsində 2 avqust tarixində "Bir Könüllü" Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin sədri Canoğlan İlyasov ilə görüş baş tutub.


Görüş zamanı C. İlyasov gənclərin fərdi inkişafında, asudə vaxtlarının səmərəli dəyərləndirilməsində, təşkilatçılıq bacarıqlarının inkişaf etdirilməsində və gələcək karyeralarında könüllülük fəaliyyətinin xüsusi əhəmiyyətindən bəhs edib. Eyni zamanda, könüllülərə məqsədlərini müəyyən etmək, hədəflərinə çatmaq üçün əzmkar olmaq, özlərini daim inkişaf etdirmək istiqamətində dəyərli tövsiyələrini verib, onlarla geniş fikir mübadiləsi aparıb.


Sonda, gənclərə müasir informasiya platformaları üzərindən təxribatçı düşmənin yaydığı həqiqəti əks etdirməyən məlumatların qarşısının alınmasında və onlara layiqli cavabın verilməsində birgə təbliğat aparmaq üçün çağırış edilib.


Qeyd edək ki, könüllülər hər həftəsonu onlayn formatda Mərkəzə üzv olan könüllü təşkilatlarının rəhbər şəxsləri ilə görüşəcəklər. Hər dəfə fərqli təşkilat rəhbəri uğurlu fəaliyyətin başlanğıcında və karyera inkişafında könüllülüyün rolu, könüllülüyün üstün cəhətləri, şəxsi inkişafımıza qatdığı müsbət keyfiyyətlər və s. mövzularında gənclərlə söhbət edəcək.