Könüllü qəhrəmanların iyul görüşü baş tutub

Avqust 05,2020 16:43

5 avqust 2020-ci il tarixində ölkənin dörd bir yanından Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin (AKƏM) fəaliyyətinə qoşulan könüllülərin, AKƏM katibliyinin, təsisçi könüllü təşkilatı və hərəkatlarının nümayəndələrinin iştirakı ilə video-konfrans formatında “Könüllü qəhrəmanların iyul görüşü” baş tutub.


Video-konfrans çərçivəsində AKƏM-in iyul ayı ərzindəki fəaliyyəti və növbəti planlar ilə bağlı müzakirələr aparılıb, eyni zamanda, könüllülərin təklifləri dinlənilib və sualları cavablandırılıb.


Yekunda isə Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin iyul ayı ərzindəki fəaliyyəti çərçivəsində görülən tədbirlərdə aktivliyi ilə seçilən gənclər "Ayın könüllüsü" nominasiyası ilə təltif olunublar.


7 avqust 2020-ci il tarixində isə Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin (AKƏM) keçən dövr ərzində görülmüş işlər və fəaliyyət planına dair üzv təşkilatların və AKƏM Katibliyinin iştirakı ilə onlayn formatda görüşü baş tutub.

Görüş zamanı iyul ayı ərzində AKƏM çətiri altında həyata keçirilən layihələrin icra vəziyyəti nəzərdən keçirilib, növbəti fəaliyyətə dair fikir mübadiləsi aparılaraq irəli sürülən təkliflər müzakirə olunub.