"Motivasiya dərsi" adlı onlayn görüşlər çərçivəsində növbəti qonaq Yusif Vəliyev olub

Avqust 09,2020 17:27

"Motivasiya dərsi" adlı onlayn görüşlərin 9 avqust tarixində növbəti qonağı "AFFA və Avro 2020 Könüllülər" Proqramının meneceri Yusif Vəliyev olub.


Görüş zamanı Yusif Vəliyev gənclər siyasətinin ayrılmaz hissəsi olan könüllülüyün pandemiya dövründə belə ölkəmizdə daha da geniş vüsət almasından bəhs edib, insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin uğurlu formatı kimi qiymətləndirilən könüllülüyün gələcək planlarımızda, hədəflərimizdə və karyera yolumuzda əhəmiyyətindən danışıb.


Qeyd edək ki, könüllülər hər həftəsonu onlayn formatda Mərkəzə üzv olan könüllü təşkilatlarının rəhbər şəxsləri ilə görüşürlər. Hər dəfə fərqli təşkilat rəhbəri uğurlu fəaliyyətin başlanğıcında və karyera inkişafında könüllülüyün rolu, könüllülüyün üstün cəhətləri, şəxsi inkişafımıza qatdığı müsbət keyfiyyətlər və s. mövzularında gənclərlə söhbət aparılır.