“Motivasiya Dərsi” adlı onlayn silsilə görüşlər çərçivəsində "Könüllülük sahəsində yeni mərhələ, seqmentləşdirmə, inkişaf" mövzusunda növbəti görüş ba

Avqust 18,2020 11:21

Bu həftəsonunun qonağı "Turizm Könüllüləri" İctimai Birliyinin sədri Hüseyn Məmmədov olub.“Motivasiya Dərsi” adlı onlayn silsilə görüşlər çərçivəsində 16 avqust tarixində "Turizm Könüllüləri" İctimai Birliyinin sədri Hüseyn Məmmədov ilə görüş baş tutub.


Görüş zamanı Hüseyn Məmmədov qeyd edib ki, könüllülük dünyanın bir çox ölkələrində artıq sınaqdan keçirilmiş və çox uğur qazanmış bir təcrübədir. Ölkəmizdə 2020-ci ilin könüllülər ili elan olunması da könüllülük fəaliyyətinə nə qədər həssaslıqla yanaşıldığının nümunəsidir. Eyni zamanda, görüşdə gənclərin özlərini kəşf etməsində, yeni bacarıqlarını ortaya qoymasında və onların şəbəkələşməsində könüllü fəaliyyətinin əhəmiyyətindən bəhs edilib, könüllülərlə geniş fikir mübadiləsi aparılıb.


Qeyd edək ki, könüllülər hər həftəsonu onlayn formatda Mərkəzə üzv olan könüllü təşkilatlarının rəhbər şəxsləri ilə görüşəcəklər. Hər dəfə fərqli təşkilat rəhbəri uğurlu fəaliyyətin başlanğıcında və karyera inkişafında könüllülüyün rolu, könüllülüyün üstün cəhətləri, şəxsi inkişafımıza qatdığı müsbət keyfiyyətlər və s. mövzularında gənclərlə söhbət edəcək.