Könüllülər DOST Agentliyinin Könüllülərlə iş şöbəsinin müdiri Ruslan Mirzəliyev ilə görüşüb

Avqust 28,2020 11:33

"Motivasiya Dərsi" adlı onlayn silsilə görüşlər çərçivəsində "Könüllü fəaliyyətin karyeraya müsbət təsirləri" mövzusunda növbəti görüş baş tutub.


Bu həftəsonunun qonağı DOST Agentliyinin Könüllülərlə iş şöbəsinin müdiri Ruslan Mirzəliyev olub. Görüş zamanı Ruslan Mirzəliyev tələbələrin, ümumilikdə gənclərin öz şəxsi keyfiyyətlərini inkişaf etdirməsi, işgüzar vərdişlər əldə etməsi və karyera yolunda ilk uğurlu addımlarının təməlinin qoyulmasında könüllü proqramları və təşkilatlarının rolundan bəhs edib. Könüllülərin müxtəlif tədbirlər və iş prosesində vətəndaşlarla ünsiyyətdə olan zaman qazandıqları kommunikasiya bacarıqlarının gələcəkdəki karyera təşviqindəki önəmi barədə ətraflı danışıb.


Qeyd edək ki, könüllülər hər həftəsonu onlayn formatda İttifaqa üzv olan könüllü təşkilatlarının rəhbər şəxsləri ilə görüşəcəklər. Hər dəfə fərqli təşkilat rəhbəri uğurlu fəaliyyətin başlanğıcında və karyera inkişafında könüllülüyün rolu, könüllülüyün üstün cəhətləri, şəxsi inkişafımıza qatdığı müsbət keyfiyyətlər və s. mövzularında gənclərlə söhbət edəcək.