"Motivasiya Dərsləri" davam edir

Sentyabr 04,2020 11:37

“Motivasiya Dərsi” adlı onlayn silsilə görüşlər çərçivəsində 7 sentyabr tarixində Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Elnur Kələntərov ilə könüllülərin görüşü baş tutub?


Görüş zamanı Elnur Kələntərov bildirib ki, gənclər könüllülük fəaliyyətində müstəqilliyi öyrənir, qərarvermə vərdişinə yiyələnirlər. Öz imkanlarını genişləndirmək və potensiallarını artırmaq üçün onların müxtəlif layihə, tədbirlərdə iştirakı şəxsi inkişaflarında mühüm rol oynayır. Onlar bu zaman bilik və bacarıqlarını artırır, təcrübə qazanırlar. Bu fəaliyyətlər könüllülüyün gənclər arasında həm həyat tərzinə çevrilməsinə, həm də gələcək karyeraları üçün təcrübə mənbəyi olmasına şərait yaradır.


Qeyd edək ki, könüllülər hər həftə onlayn formatda İttifaqa üzv olan könüllü təşkilatlarının rəhbər şəxsləri ilə görüşəcəklər. Hər dəfə fərqli təşkilat rəhbəri uğurlu fəaliyyətin başlanğıcında və karyera inkişafında könüllülüyün rolu, könüllülüyün üstün cəhətləri, şəxsi inkişafımıza qatdığı müsbət keyfiyyətlər və s. mövzularında gənclərlə söhbət edəcək.