"Gələcəyimizi qoruyaq" aksiyasına start verilib

Sentyabr 08,2020 11:54

Azərbaycan Gənclər Fondu / Azerbaijan Youth Foundation, Unicef Azerbaijan və Azərbaycan Könüllü Təşkilatları İttifaqı "Gələcəyimizi qoruyaq" aksiyasına start verib.


Uşaq ailənin, xalqın, dövlətin ən qiymətli sərvətidir. Bu qiymətli sərvəti fiziki və mənəvi cəhətdən qorumaq, onlara diqqət və qayğı göstərmək hər birimizin borcudur.


Bu məqsədlə keçiriləcək aksiya çərçivəsində Azərbaycan könüllüləri uşaqlara COVID-19 pandemiyasından qorunmaq üsullarını əyləncəli şəkildə izah edən kitabçalar paylayıb, onları hər zaman qorumağın ən vacib vəzifələrimizdən biri olduğunu nümayiş etdiriblər.