Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə Əlaqələr sektorunun baş məsləhətçisi Nahid Quluzadə ilə könüllülərlə görüşüb

Sentyabr 19,2020 12:39

“Motivasiya Dərsi” adlı onlayn silsilə görüşlər çərçivəsində 19 sentyabr tarixində Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə Əlaqələr sektorunun baş məsləhətçisi, "Nəqliyyat Könüllüləri" Proqramının koordinatoru Nahid Quluzadə ilə könüllülərin görüşü baş tutub.


Görüş zamanı Nahid Quluzadə gənclərin müxtəlif sahələr üzrə bilik və bacarıqlarının, onların ictimai fəallığının artırılmasında könüllülüyün rolundan danışıb. Qeyd edib ki, könüllülüyün üstün cəhətlərindən ən vacibi gənclərin iş strukturu ilə yaxından tanış olduqları üçün yeniliklər barədə daha məlumatlı olmalarıdır, bu da onların gələcək karyeralarına öz töhfəsini verir. Sonda N.Quluzadə gəncləri maraqlandıran sualları cavablandırıb, onlarla səmimi söhbət edib.