“Regional İnkişaf” İctimai Birliyi (RİİB) yeni könüllülük proqramına start verir. Proqramın məqsədi könüllülərin RİİB-in fəaliyyətində fəal iştirakını təmin etmək, eləcə də onların bilik və bacarıqlarının artırılmasına, fərdi inkişafına və uğurlu karyera əldə etmələrinə təkan vermək, gənclərdə sosial məsuliyyət hissini artırmaq, onların ölkə üzrə şəbəkələşməsinə və sosiallaşmasına dəstək verməkdən ibarətdir.
RİİB-in fəaliyyətində iştirak etmək arzusunda olan 17-29 yaş arasında hər bir gənc könüllü kimi qeydiyyatdan keçməklə proqrama qoşulmaq üçün müraciət edə bilər.
Proqrama qoşulmaq istəyənlər http://riib.az/site/bizeqoshul linkinə daxil olaraq qeydiyyatdan keçməlidir.
Proqram çərçivəsində könüllülər üçün təlimlər, seminarlar təşkil olunacaq, onların iştirakı ilə müxtəlif layihələr, tədbirlər və sosial aksiyalar keçiriləcək, həmçinin gənclərə öz təşəbbüslərini reallaşdırmaq üçün dəstək veriləcəkdir.
Proqramın icrasına 2021-ci ilin yanvarından başlanılacaq.
Könüllü proqramı barədə daha ətraflı məlumatı www.riib.az saytından və İctimai Birliyin sosial şəbəkə hesablarından əldə etmək olar.