Aqrar İnkişaf Könüllüləri Şəhid olmuş qəhrəmanlarımızın ruhuna ithafən ağacəkmə aksiyasını davam etdirirlər.
Belə ki, "Aqrar İnkişaf Könüllüləri" Təşkilatı və Kənd Təsərrüfatı Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqının birgə təşəbbüsü ilə keçirilən layihədə Abşeron rayonu ərazisində 200 ağac əkilib.
Ağacəkmə kampaniyası zamanı karantin rejiminin qaydalarına ciddi əməl olunub. İştirakçılar tibbi maskalardan, tibbi əlcəklərdən istifadə ediblər, sosial məsafənin qorunması təmin edilib.
İlin sonuna kimi Vətən müharibəsində həlak olan hər bir şəhidin xatirəsinin əbədiləşdirilməsi məqsədilə ölkənin bütün rayon və şəhərlərində ağacəkmə aksiyası keçiriləcək.