“Aqrar Tədarük və Təchizat” ASC tərəfindən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təşkil olunan “Kənddən şəhərə” Qış Yarmarkasında Aqrar İnkişaf Könüllüləri fəaliyyətə başlayıb.
Yarmarkada könüllülərimiz vətəndaşlara spirt təqdim edib, hərarətlərini ölçüb və növbənin tənzimlənməsində bilavasitə iştirak ediblər. Bununla yanaşı, fermerə dəstək nümayiş etdirmələri könüllülərin aqrar sahəyə bəslədikləri sevginin bariz nümunəsidir.
Pandemiya dövrünün qaydalarına uyğun olaraq vətəndaşların yarmarkada iştirakı təmin edilib.