Cari ilin 5 noyabr - 3 dekabr tarixlərində ərizə qəbulu həyata keçirilən müsabiqəyə 31 dövlət təhsil müəssisəsi və onların 9 filialı, həmçinin 54 orta-ixtisas təhsil müəssisəsindən ümumilikdə 1446 müraciət daxil olub. Müraciət edənlərdən 118-i magistr, 1239 bakalavr və 89 isə orta-ixtisas təhsili alan tələbələrdir.
Tərəfdaş qurumlar ilə birlikdə müraciətçinin təqdim etdiyi sənədlər, eləcə də müvafiq rəy əsasında təhsil göstəriciləri və sosial həssas kateqoriyaya uyğunluğu meyarları əsasında aparılan qiymətləndirmə nəticəsində 488 tələbənin təhsil haqqının qarşılanmasına qərar verilmişdir.
Müsabiqə üzrə qalib olan tələbələrin siyahısı ilə linkdən tanış ola bilərsiniz.
https://youthfoundation.az/110375/
Qeyd edək ki, Gənclər Fondu tərəfindən 2018 və 2019-cu illərdə keçirilən müsabiqələr əsasında 662 nəfər tələbənin təhsil haqqı borcları dövlət hesabına qarşılanıb.
Qalib gənclərimizi təbrik edirik!