"Könüllülərin Fərdi İnkişaf Proqramı" layihəsi çərçivəsində "Fərdi inkişaf" mövzusunda ilk görüş baş tutub.
Layihənin ilk qonağı psixoloq və ruhi inkişaf mentoru Zümrüd Əsədova olub. O, fərdi inkişafda motivasiyanın önəmindən, insanlarla effektiv ünsiyyət qurmağın üsullarından bəhs edib, öz şəxsi təcrübəsini bölüşüb və könüllülərə tövsiyələrini bildirib
Səmimi söhbətlə davam edən görüşdə Zümrüd Əsədova könüllüləri maraqlandıran sualları cavablandırıb, sonda isə onlara pozitiv və sevgi ilə dolu həyat arzu edib
Görüşdə iştirak edən hər kəsə təşəkkür edirik!