Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə baş tutan tədbir çərçivəsində “MDB gənclər paytaxtı” dövlətlərarası proqramın əsasnamə layihəsinin müzakirəsi, “MDB iştirakçı dövlətlərinin gənclər təşkilatlarının Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə əməkdaşlığı” və “Pandemiya dövründə MDB iştirakçı dövlətlərində gənclər siyasətinin təşkili üzrə təcrübə” adlı üç plenar sessiya keçirilib.
Müvafiq olaraq üçüncü plenar sessiyada çıxış edən Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Tural Hümbətov cari ildə ölkəmizdə könüllü gənclər tərəfindən həyata keçirilən müxtəlif layihələr və aksiyalar haqqında məlumat verib. O, Azərbaycan könüllülərinin pandemiya dövründə güclü birlik nümayiş etdirərək virusla mübarizədə ölkə rəhbərliyinin həyata keçirdiyi tədbirlərə yaxından dəstək olduqlarını vurğulayıb.