31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə Azərbaycan könüllüləri #Birlikdəstək (Birlikdə dəstək) aksiyası çərçivəsində Bakı şəhəri və ətraf rayonlarda aztəminatlı ailələri və tənha yaşayan ahıl vətəndaşlarımızı ziyarət ediblər. Hər addımlarında milli həmrəylik, xeyirxahlıq və birlik nümayiş etdirməyi qarşılarına məqsəd qoyan könüllülər onlara bayram sovqatları çatdırıb, həmsöhbət olublar.
Xatırladaq ki, Azərbaycan Gənclər Fondu / Azerbaijan Youth Foundation, Azərbaycan Könüllü Təşkilatları İttifaqı və Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşəbbüsü ilə düşmən hücumlarından zərər çəkən ailələlərə yardım məqsədilə başladılan humanitar yardım kampaniyası çərçivəsində həmçinin aztəminatlı və həssas kateqoriyadan olan vətəndaşlarımıza da dəstək göstərilir. Xeyirxah vətəndaşlar tərəfindən edilən ianələr könüllülər tərəfindən çeşidlənərək bağlamalara yığılır və ehtiyacı olanlara çatdırılır.
Dəstək olmaq istəyən vətəndaşlar ianə etmək istədikləri məhsul və ya əşyaları linkdə qeyd olunan ünvanlara yaxınlaşaraq təhvil verə bilər və ya qaynar xətt ilə əlaqə saxlaya bilərlər.
Ünvanlar: https://cutt.ly/ygAbaQk