Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan Nümayəndəliyi ABŞ Dövlət Departamentinin Əhali, Qaçqınlar və Miqrasiya Bürosu tərəfindən maliyyələşdirilən “BMqT-nin Qlobal Strateji Hazırlıq və Yardım Planının Koronavirus İnfeksiyası 2019-a daxil olan Humanitar Fəaliyyətlərə dəstək – COVID-19 – Cənubi Qafqaz” layihəsi çərçivəsində Azərbaycan könüllüləri ilə birlikdə ölkədə çətin vəziyyətə düşmüş miqrantlara fərdi qoruyucu vasitələrinin çatdırılmasını həyata keçirmişdir.
Ümumilikdə layihə çərçivəsində 276 miqranta qida, müvəqqəti mənzil təminatı, tibbi və sənədləşmə yardımı göstərilmiş, 400 miqranta əl dezinfeksiyaedici məhlulu, termometr, əlcək, maska, antibakterial nəm salfetlər və Koronavirus haqqında məlumat vərəqələri daxil olan fərdi qoruyucu vasitələr çatdırılmışdır.