Azərbaycan Könüllü Təşkilatları İttifaqı “Könüllü Qonşu” aksiyasına növbəti dəfə start verir. Aksiya çərçivəsində məhəllənizdə, həyətinizdə, binanızda yaşayan qonşulara kömək edərək bu işə siz də könül verin!
Bildiyiniz kimi, koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair qaydalara əsasən 65 yaşdan yuxarı olan şəxslərin təhlükəsizliyini qorumaq məqsədi ilə onlara evdən çıxmamaları tövsiyə olunmuşdur. Bu kateqoriyaya aid və tənha olan şəxslərə ən operativ köməklik göstərə biləcək şəxslər isə məhz qonşulardır.
NECƏ KÖMƏK EDƏ BİLƏRƏM?
• Təqdim etdiyimiz elan nümunəsini çap edib üzərində adınızı və daim işlətdiyiniz mobil nömrənizi qeyd edin.
• Elanı daha çox qonşunuzun görə biləcəyi yerlərdə (məsələn, binanın girişi, liftin yanı) yerləşdirin.
• Daxil olan zənglərə cavab verin və köməyinizi əsirgəməyin!
ELAN NÜMUNƏSİ: http://bit.ly/385g8dP
DİQQƏT!
• Könüllü mütləq əlcək və maskadan istifadə etməlidir.
• Heç bir halda evə daxil olmaq olmaz, insanlarla 2 metr ara məsafəsi saxlanılmalıdır.
• Ərzaqlar və ya dərmanların alınması üçün insanlardan öncədən ərzaq üçün pul alınır və sonda qəbz təqdim edilir.
• Evə döndükdən sonra əllər minimum 20 saniyə sabunla yuyulmalıdır.
• Saçınızı yığın, üzük, sırğa, qolbaq taxmayın.
• ÜST və Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən edilmiş gigiyena və təhlükəsizlik qaydalarına əməl edilməlidir (https://koronavirusinfo.az)
• Evdən çıxmadan öncə SMS icazə sistemindən istifadə etməyi unutmayın.
İnanırıq ki,əl birliyi ilə bu çətin günlərin öhdəsindən gələcəyik!