27 yanvar 2021-ci il tarixindən etibarən Dövlət Turizm Agentliyinin (@azerbaijan_sta) dəstəyi ilə Qəbələ və İsmayıllı rayonlarında Azərbaycan könüllüləri tərəfindən kənd və qonaq evlərini kirayəyə verən sahibkarlar arasında sorğu prosesinə start verilmişdir.
Sorğuların məqsədi Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu tərəfindən “Qonaq evlərinin və kənd evlərinin təkmilləşdirilməsi proqramı”nın həyata keçirilməsi üçün yaşayış operatorlarının kritik inkişaf ehtiyacları barədə məlumatların toplanması, onlar tərəfindən yerli və əcnəbi turistlər üçün təklif olunan fəaliyyət növlərinin qeydə alınması və Azərbaycanın əsas turizm dəhlizlərindəki qonaq və kənd evlərinin reyestrinin aparılmasıdır.
Qeyd edək ki, sorğu prosesi 5 mart 2021-ci il tarixinədək 22 şəhər və rayonda, ümumilikdə 400-dən çox yaşayış operatoru arasında aparılacaq.