5-7 fevral 2021-ci il tarixlərində “Turizm Könüllüləri” Təşkilatının üzvləri Qəbələ şəhərində yerləşən “Tufandag Mountain Resort” ərazisində qonaqların sayının çoxluğunu nəzərə alaraq izdihamın idarəolunması məqsədilə səfərbər olublar.
Proses müddətində könüllülər tərəfindən qonaqların COVİD-19 pandemiyası qaydalarına riayət olunmasına nəzarət məqsədilə müəssisənin müxtəlif hissələrində fəaliyyət təşkil edilib. Fəaliyyət çərçivəsində qonaqların tibbi maskadan istifadə etməsi, kassa xidmətinə növbəli şəkildə buraxılış və qonaqlar arasında ara məsafəsinin qorunması təmin edilmişdir.