Layihə haqqında

Milli Hematologiya və Transfuziologiya Mərkəzi ilə birlikdə “Könüllü Donor” aksiyası həyata keçirilmişdir. Bu aksiya çərçivəsində, Qan Bankının paytaxt və regionlarda (Sumqayıt, Şirvan, Lənkəran, Quba, Şəki, Mingəçevir, Bərdə və Gəncədə) yerləşən bölmələrinə könüllülər tərəfindən qan verilməsi prosesi reallaşdırılıb, eyni zamanda könüllülər tərəfindən Qan Banklarında könüllü xidmət həyata keçirilmişdir.

"Könüllü Donor" aksiyası

Təşkilatçı:
Azərbaycan Könüllü Təşkilatları İttifaqı
Bölgə:
Respublika üzrə
Müddət:
2020-04-01 10:17:00 - 2020-08-31 18:00:00

Layihənin məqsədi

Üstünlükləri

Nəticəsi

Xüsusi karantin rejimi zamanı ölkədə qan qıtlığı səbəbindən talassemiya və hemofiliya xəstəliyindən əziyyət çəkən, təcili əməliyyata ehtiyacı olan şəxslərin həyatı üçün yaranan təhlükənin aradan qaldırılmasına kömək etmək.

Aksiyada 2125 könüllü iştirak etmişdir. Aksiya nəticəsində 1000 litr qan ehtiyatı toplanmış və 3010 xəstəyə qan köçürülmüşdür.