Layihə haqqında

Azərbaycan könüllüləri Faşizm üzərində Qələbənin 75-ci ildönümü münasibətilə müharibə veteranlarımızı ziyarət ediblər. Onları bayram sovqatı ilə təbrik edən gənclər bu tarixi qələbədə göstərdikləri şücaətə görə öz minnətdarlıqlarını ifadə ediblər. Eyni zamanda, həmsöhbət olaraq həmin qəhrəmanlıq səhifələrini müharibənin canlı şahidlərindən dinləyiblər.

9 May Faşizm üzərində Qələbə Günü

Təşkilatçı:
Azərbaycan Könüllü Təşkilatları İttifaqı
Bölgə:
Respublika üzrə
Müddət:
2020-05-09 09:00:00 - 2020-05-09 18:00:00

Layihənin məqsədi

Üstünlükləri

Nəticəsi

Qələbənin canlı yaddaşı olan, istər ön, istərsə də arxa cəbhədə böyük fədakarlıqlar göstərən veteranlarımıza təşəkkür etmək, xatirələrini bölüşmək. 

128 könüllünün fiziki fəaliyyəti nəticəsində 102 veteranla görüş keçirildi.