Respublikanın 6 şəhərində AKTİ-nin üzv könüllü təşkilatlarının könüllülərini təmsil edən 30 maskot quraşdırılıb. Maskotların üzərində pandemiya ilə əlaqədar müxtəlif maarifləndirici ifadələr yazılmışdır ki, bu da vətəndaşların maarifləndirilməsi istiqamətində atılan növbəti addımdır.
Maksotların quraşdırılması vətəndaşlara könüllülər ərazidə olmadığı müddətdə pandemiya dövründə davranış qaydaları barədə xatırlatma etmə məqsədi daşıyır.