Həssas kateqoriyaya aid və tənha olan şəxslərə ən operativ köməklik göstərə biləcək şəxslər eyni zamanda onların qonşularıdır. Bu məqsədlə başladılan “Könüllü Qonşu” aksiyası çərçivəsində gənclər üzərində dərman, gündəlik ərzaq ehtiyaclarını almaq və ya zibilləri atmaq üçün evdən çıxa bilməyən şəxslərin onlarla əlaqə saxlaya biləcəklərini qeyd edən elanları qonşularının görəcəkləri yerə yerləşdirərək hər zaman köməyə çatmağa hazır olduqlarını bildiriblər. “Könüllü Qonşu” aksiyası çərçivəsində könüllülər məhəlləsində, həyətində, blokunda yaşayan qonşulara kömək edərək aksiyaya qoşulublar.
Həssas kateqoriyaya aid olan insanlara kömək göstərilməsi.
Aksiyada 272 könüllünün fiziki fəaliyyəti nəticəsində 528 ailəyə dəstək göstərilmişdir.