Daha çox
Pandemiya dövründə fəaliyyət

Könüllülərin iştirakı ilə “Bir-birimizi qoruyaq!” kampaniyasına start verilib

10.02.2021 15:06

Azərbaycan könüllüləri ölkədə karantin rejiminin yumşaldılması ilə əlaqədar xəstəliyin yayılmasının qarşısının alınması üçün dövlətimiz tərəfindən həyata keçirilən tədbirlərə töhfə vermək, eləcə də koronavirus (COVID-19) ilə mübarizədə yorulmadan fəaliyyət göstərən polis əməkdaşlarına dəstək məqsədilə “Bir-birimizi qoruyaq!” kampaniyasına yenidən start veriblər.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Könüllü Təşkilatları İttifaqının və Bakı Şəhər Baş Polis İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən kampaniya çərçivəsində könüllülər polis əməkdaşları ilə birlikdə insanların kütləvi toplaşdığı yerlərdə sosial məsafənin təmin olunması, maskadan düzgün istifadə və pandemiya dövründə davranış qaydaları haqqında ictimai maarifləndirmə işləri aparıb, eləcə də vətəndaşlara qoruyucu tibbi ləvazimatlar, üzərində təbliğat və təşviqat yazıları əks olunmuş bukletlər paylayıblar. Kampaniyanın fevralın 12-dək davam etməsi nəzərdə tutulub.

Qeyd edək ki, Azərbaycan könüllüləri bundan əvvəl də pandemiya ilə mübarizə və vətəndaşlarımızın sağlamlığının qorunması məqsədilə Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşəbbüsü ilə “Könüllü qonşu”, “Böyüklərimizi qoruyaq!”, “Könüllü donor”, “Gələcəyimizi qoruyaq!” kimi sosial layihələrin və yardım kampaniyalarının həyata keçirilməsində yaxından iştirak ediblər.

Onlayn fəaliyyət

Türkiyəli mütəxəssis könüllülərə layihələrin idarə olunması sahəsində təlim keçib

02.02.2021 11:19

Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə həyata keçirilən “Könüllülərin Fərdi İnkişaf Proqramı” layihəsi çərçivəsində Azərbaycan könüllüləri üçün Gənclər Gününə özəl vebinar baş tutub.

“Layihələrin idarə olunması” adlı vebinarda təlimçi qismində beynəlxalq təlimçi, Boğaziçi Universitetinin müəllimi Dr.Soner Şahan seminar keçirib. O, təlimə qatılan və bu sahəyə xüsusi maraq göstərən könüllüləri layihə menecmentinin əsasları və layihələrin strukturu ilə tanış edib, eləcə də effektiv kommunikasiya, vaxtdan səmərəli istifadə, gələcək hədəflərin düzgün müəyyən edilməsi kimi vacib anlayışlar haqqında məlumat verib.

İnteraktiv müzakirələrlə davam edən təlimdə Soner Şahan könüllülərin suallarını cavablandırıb, gələcək karyeralarını sözügedən sahə üzrə qurmaq istəyən gənclərlə öz tövsiyələrini bölüşüb. Görüşdən çox xoş təəssüratlarla ayrıldığını bildirən mütəxəssis Azərbaycan könüllülərinin fəaliyyətini hər zaman yüksək qiymətləndirdiyini və gənclərin gələcəkdə qardaş ölkənin rifahı üçün olduqca böyük işlər görəcəyini qeyd edib.

İki aya yaxındır ki, davam edən “Könüllülərin Fərdi İnkişaf Proqramı” layihəsi gənclərin müxtəlif sahələrdə bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə həyata keçirilir. Bu müddət ərzində 700-ə yaxın gəncin iştirakı ilə bir sıra tanınmış mentor və təlimçilər tərəfindən Excel və praktiki mühasibatlıq, fərdi inkişaf və biznes sahələri üzrə onlayn formatda təlimlər baş tutub.

Könüllülərin böyük maraq göstərdiyi layihənin növbəti aylarda da davam etdirilməsi nəzərdə tutulub.

Müharibə dövründə fəaliyyət

AZƏRBAYCAN KÖNÜLLÜLƏRİ ERMƏNİ TƏCAVÜZÜNDƏN ZƏRƏR GÖRMÜŞ AİLƏLƏRƏ BAŞ ÇƏKİBLƏR

22.11.2020 18:44

Azərbaycan könüllüləri Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisini və mülki infrastrukturu, o cümlədən yaşayış binalarını mütəmadi atəşə məruz qoyması və bir çox hallarda yaşayışa yararsız vəziyyətə salması nəticəsində evlərindən didərgin düşmüş ailələrə baş çəkiblər.

Məlum olduğu kimi, dövlət tərəfindən bu cür ailələr müvəqqəti sığınacaqlarda yerləşdiriliblər. Sığınacaqlara baş çəkən könüllülər oradakı azyaşlı uşaqlarla görüşüb, onların müharibə vəziyyəti ilə əlaqədar olaraq keçirdikləri psixoloji gərginləyi aradan qaldırmaq, əhval-ruhiyyələrini yüksəltmək üçün kiçik sürprizlər edib, boyama kitabçaları paylayıb, birlikdə rəsm çəkib, müxtəlif oyunlar oynayaraq əyləncəli vaxt keçiriblər.

Könüllülər uşaqlara mənəvi dəstək olaraq hazırda ölkəmizdə yaşanan möhtəşəm tarixi hadisənin canlı şahidi olduqlarını, Ermənistan tərəfindən işğal edilən Azərbaycan torpaqlarının ən tez zamanda Ali baş komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz tərəfindən azad olunacağını, hər bir kəsin tezliklə öz doğma evinə qayıdacağını bildiriblər.

Hazırda çəkdikləri məhrumiyyətdən doğan acını ordumuzun davamlı zəfərləri ilə unudan uşaqlar cənab Prezidentin hər zəfər müjdəsini böyük sevinclə qarşıladıqlarını və bu gün qəhrəmanlıq göstərən əsgərlərimizin onlar üçün nümunə olduğunu söyləyiblər. Onlar bu vətən müharibəsində tezliklə qalib gələcəyimizi və Şuşaya səyahət edəcəkləri günü gözləyirlər.

Qeyd edək ki, Azərbaycan könüllüləri hər zaman ölkədə həyata keçirilən tədbirlərdə aktiv iştirak edir və torpaqlarımızın azadlığı uğrunda gedən müharibə dövründə xalqımıza dəstək göstərməyə hər an hazır olduqlarını nümayiş etdirirlər.